Prezident ipoteka ilə bağlı nə dəyişiklik etdi? - Şərh
İqtisadiyyat / 03.05.2018 14:48
İqtisadçı ekspert Vüqar Bayramov ölkə prezidenti tərəfindən İpoteka və Zəmanət Fondunun nizamnaməsində edilən dəyişikliklərlə bağlı fərmanları şərh edib. V. Bayramov bununla bağlı "Qafqazinfo”ya bildirib ki, Azərbaycan prezidenti tərəfindən İpoteka və Zəmanət fondunun nizamnaməsində edilən dəyişikliklər ipotekaya əlçatanlığın təmin edilməsi baxımından vacibdir: "Dəyişikliklərə diqqət yetirsək görərik ki, burada sözügedən Fondun fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.
Əvvəl bu fond ipoteka və güzəştli kredit təklif edirdisə, indi artıq İpoteka Fondu yalnız ipoteka və güzəştli kreditlər təklif etməyəcək. Eyni zamanda, yaşayış sahələri alaraq onun kirayə verilməsini də təmin edəcək. Bu Rusiya və digər MDB ölkələrində olduğu kimi kirayə mənzil fondunun formalaşması deməkdir. Bu da İpoteka və Zəmanət Fonduna imkan verəcək ki, mənzilləri və yaşayış binalarını satın alaraq Kirayə Fondu formalaşdıra bilsin. Rusiya təcrübəsinə diqqət yetirsək, bunun da özəlliyi ondan ibarətdir ki, bu zaman vətəndaş daha ucuz qiymətə Kirayə Fondunda olan mənzildən istifadə edə bilir. Rusiya və MDB ölkələrində bu prosesdə 40 faizə qədər güzəşt tətbiq edilir. Eyni ərazidə mənzilin aylıq kirayə haqqı 400 manatdırsa, o zaman vətəndaş Sosial Kirayə Fondundan istifadə edən zaman təxminən 240 manat ödəməklə kirayədə qala bilir. Bu da az vəsait ödəməklə kirayə qalmaqla ev almaq imkanı yaradır”.
Onun sözlərinə görə, İpoteka Fondunun yeni nizamnaməsində xüsusən də 2018- ci ildə sahibkarlara manatla verilən kreditlərə subsidiyanın verilməsi mexanizmi öz əksini tapıb: "İpoteka Fondu 2018- ci ildə kommersiya banklarından alınan kredit faizlərinin subsidiya edilməsi ilə bağlı məsələni hesablamalıdır. Buna uyğun olaraq da gəlir mənbələri formalaşmalıdır. Bunun mahiyyəti ondan ibarətdir ki, İpoteka və Zəmanət Fondu sahibkarların aldıqları kreditlərin faizlərini subsidiya edəcək. Bu zaman sahibkar bankdan 18 faizlə kredit alır. Və onun 8 faizini İpoteka və Zəmanət Fondu tərəfindən subsidiya edilə bilər. Nəticədə sahibkarın cəlb etdiyi kredit 18 faizdirsə bunun da 18 faizi dövlət tərəfindən ödənildiyinə görə sahibkar 10 faiz ödəməklə həmin kreditə sahib olmuş olacaq. Bu da imkan verəcək ki, sahibkarlar daha ucuz faizlə kredit əldə etməklə öz fəaliyyətlərini genişləndirsin.
Bundan əlavə, yeni qaydalara əsasən İpoteka və Zəmanət Fondu vergilərdən azad ediləcək. Bu da İpoteka Fondunun gəlirlərinin artırılması baxımından vacibdir. İpoteka Fondu hesalanmış vergini ödəməməklə həmin vəsaiti öz sərəncamında saxlaya biləcək. Nəticədə bu İpoteka Fondu tərəfindən daha çox kredit təklif etmək, eyni zamanda kredit faizlərindən daha çox subsidiya vermək imkanı deməkdir. Bu da İpoteka Fondunun maliyyə imkanının genişləndirilməsinə xidmət edəcək.
İpotek Fondu bu kontekstdə təklif etdiyi kreditlərin həcmində, eyni zamanda kreditləşmə üçün subsidiya mexanizminin genişləndirilməsinə müsbət tədir göstərəcək Nəticədə, qaydalara əsasən İpoteka Fondunun xidmətlərinin elektron hökumət portalına inteqrasiyası prosesi davam etdiriləcək. Bu da kredit və subsidiya mexanizmindən istifadə etmək üçün müraciət zamanı şəffaflığın təmin edilməsi baxımından vacibdir”.
Oxunub: 341
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:39 Yol polisindən "Son zəng"lə bağlı "Rent car"lara MÜRACİƏT
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
10:11 Xalq artisti Təranə Muradova: "Heydər Əliyevin təşəbbüsü ilə "Uzundərə" yeni nəfəs qazandı"
10:07 Manşet.az xəbər portalı beş yaşını qeyd edir
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
09:28 Yeni Zelandiyada güclü zəlzələ
09:17 Azərbaycan nefti ucuzlaşıb
09.06.2026
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
09:59 İnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim