DYP-nin yol süpürənlərə bağışladığı qoruyucu jiletlər daha işıq saçmır... - VİDEO
CANLI TV / 15.05.2018 10:31
Bakıda yol kənarlarında təmizlik işi aparanlar bir neçə həftə əvvəl DYP rəhbərliyinin onlara bağışladığı işıqsaçan jiletlərdən çox az halda istifadə edirlər.
Hazırda Bakının Nəsimi, Yasamal, Nizami, Sabunçu, Səbail və digər rayonlarının küçə və prospektlərində yeni verilən jiletlərdən istifadə edənlərə rast gəlmək nadir hala çevrilib. (Report)
Gecə saat 04:00-dan başlayaraq küçə və prospektləri süpürənlərə rast gəlmək olur. Lakin müşahidələr zamanı onların üzərində jilet olmayıb. Yasamal rayonunda M.V.Şərifzadə küçəsində çalışan təmizlik işçiləri bildiriblər ki, ümumiyyətlə, rayon ərazisində işləyənlər üçün idarəyə cəmi 5 jilet verilib. Lakin heç kim onlardan istifadə etmir.
Mətbuat prospektində işləyən təmizlik işçilərindən biri isə bildirib ki, yeni jiletin cibi olmadığından ondan istifadə etmir. Digərləri isə onlara elə bir forma verilmədiyini bildirib.
Nəsimi, Səbail, Nizami rayonunda da təmizlik işi aparanlar eyni problemi yaşayırlar.
Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində isə cəmi 6 nəfərin yeni verilən jiletlərdən istifadə etdiyinin şahidi olduq. Onların cəmi üç nəfəri jiletin sayrışan işıqlarını işə salıb.
Yaşlı qadın belinə iplə qutunu bağlayaraq yağışlı hava şəraitində təhlükəni nəzərə almadan prospektin kənarlarını süpürür. Havanın qaranlıq olmasına baxmayaraq, o, sayrışan işıqlardan istifadə qaydalarından xəbərsizdir."Yəqin ki, batareyası (elementi) qurtarıb. Onsuz da bizi Allah qoruyur. Nə qədər jilet olsa da, neçə yaşına qədər yaşamağımız bəxt və taledən asılıdır".
Bəziləri isə işıqqaytarıcının heç əvvəldən işləmədiyini deyib.
Sözügedən jiletlər DİN rəhbərliyinin sifarişi ilə magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxsləri avtomobil qəzalarından qorumaq məqsədi ilə hazırlanıb. Geyimlərin əsas üstünlüyü üzərində düymə ilə idarə olunan sayrışan işıqlar və xüsüsi işıqqaytarıcılarının olmasıdır. Həmin sayrışan işıqlar və işıqqaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub. Jiletlər təmizlik işçilərinə ötən ay paylanılıb. Bu, Heydər Əliyev prospektində təmizlik işçisinin "Kamaz"la vurulub öldürülməsindən sonra baş vermişdi. Həmin hadisə geniş ictimai rezonansa səbəb olub.
Oxunub: 292
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:39 Yol polisindən "Son zəng"lə bağlı "Rent car"lara MÜRACİƏT
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
10:11 Xalq artisti Təranə Muradova: "Heydər Əliyevin təşəbbüsü ilə "Uzundərə" yeni nəfəs qazandı"
10:07 Manşet.az xəbər portalı beş yaşını qeyd edir
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
09:28 Yeni Zelandiyada güclü zəlzələ
09:17 Azərbaycan nefti ucuzlaşıb
09.06.2026
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
09:59 İnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim