Xaricdən daha çox hansı məhsulları idxal edirik? - Alma, kartof... SİYAHI
İqtisadiyyat / 26.05.2018 09:53
Azərbaycanın xaricdən idxal etdiyi kənd təsərrüfatı məhsulları sırasında alma, armud, ananas, araxis, badam, banan, fındıq ləpəsi, kivi, badımcan, bibər, ərzaqlıq kartof, lobya, kələm kimi məhsullar üstünlük təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti XidmətindənUnikal.org-averilən məlumata görə, Azərbaycan kənd təsərrüfatı məhsullarının idxalı və ixracı sahəsində bir çox ölkələrlə yaxından əməkdaşlıq edir. Bu ilin ilk dörd ayı ərzində ölkəmizə ümumilikdə 600 735 ton müxtəlif çeşiddə məhsullar idxal olunub ki, bunun da böyük bir hissəsini meyvə-tərəvəz məhsulları təşkil edir. Azərbaycanın əməkdaşlıq etdiyi ixracatçı ölkələr sırasında Türkiyə, İran, Qazaxıstan, Rusiya kimi ölkələr üstünlük təşkil edir. Bu ölkələrdən idxal olunan kənd təsərrüfatı məhsulları sırasında alma, armud, ananas, araxis, badam, banan, fındıq ləpəsi, kivi, badımcan, bibər, ərzaqlıq kartof, lobya, kələm kimi məhsullar üstünlük təşkil edir.
Ölkəyə meyvə-tərəvəz gətirilərkən onların geri qaytarılmasına və ya ölkədə ümumiyyətlə, satışının qadağan edilməsinə səbəb olan halların olub-olmadığına gəldikdə, xidmətdən bildirilib ki, ölkəmizə idxal olunan yaxud ölkəmizdən baş ölkələrə ixrac olunan bütün kənd təsərrüfatı məhsullarından götürülən nümunələr Dövlət Xidmətinin müvafiq laboratoriyalarında analiz olunur. Əgər analizlərin nəticəsi müsbət olarsa, məhsulun idxal və ya ixrac olunmasına icazə verilir. Əks halda, həmin məhsul ya ixracatçı ölkəyə geri qaytarılır, ya da beynəlxalq tələblər gözlənilməklə məhv edilir.
Xidmətdən qeyd edilib ki, 2018-ci ilin I rübü ərzində kənd təsərrüfatı məhsullarından, əsasən də əkin və səpin materiallarından götürülmüş nümunələrin ekspertizası zamanı 57 zərərli orqanizmlər aşkar edilib.
Bu dövr ərzində insan həyatına və sağlamlığına təhlükə törədən zəhərli kimyəvi maddələr və karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilmiş 53 623 kiloqram meyvə-tərəvəz məhsulları dövriyyədən çıxarılaraq məhv edilib.
Oxunub: 286
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:39 Yol polisindən "Son zəng"lə bağlı "Rent car"lara MÜRACİƏT
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
10:11 Xalq artisti Təranə Muradova: "Heydər Əliyevin təşəbbüsü ilə "Uzundərə" yeni nəfəs qazandı"
10:07 Manşet.az xəbər portalı beş yaşını qeyd edir
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
09:28 Yeni Zelandiyada güclü zəlzələ
09:17 Azərbaycan nefti ucuzlaşıb
09.06.2026
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
09:59 İnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim