Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib - VİDEO + FOTO
RƏSMİ / 20.06.2018 16:28
İyunun 20-də Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları qaçqın və məcburi köçkünlərin acınacaqlı həyatından bəhs edən fotosərgiyə baxıblar.
Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbirdə mövzu ilə bağlı tamaşa nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Furio De Angelis hazırda dünyada mövcud olan qaçqın və məcburi köçkün probleminə toxunaraq bildirib ki, təmsil etdiyi qurum könüllü yardımlar vasitəsilə bütün dünyada qaçqınlara kömək göstərir. Qeyd edib ki, bu il dünyada öz yurd-yuvalarından didərgin düşən insanların sayı ən yüksək həddə çatıb. Bu, bizi problemi yaradan səbəblər barədə dərindən düşünməyə vadar edir. Məsələnin həlli üçün bütün dövlətlər və aidiyyəti təşkilatlar birgə səy göstərməlidirlər. Azərbaycan qaçqın və məcburi köçkün məsələsinin həlli istiqamətində böyük səylər göstərir. Azərbaycan dünyadakı qaçqın probleminin həllinə töhfə vermək üçün böyük imkanlara malikdir. Azərbaycan öz ölkələrindən qaçan və buraya sığınan insanlara himayə göstərmək imkanlarına malik bir dövlətdir və bu imkanlarından geniş şəkildə istifadə edir. Furio De Angelis Azərbaycan xalqını və dövlətini Cocuq Mərcanlıya böyük qayıdışa görə təbrik edib.
Sonra BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandinin videomüraciəti olub.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov çıxış edərək bildirib ki, 30 il bundan əvvəl ölkəmizdə yaranan qaçqın və məcburi köçkün problemi bu gün bütün dünyanı narahat edir. Bu gün dünyada 68 milyondan çox qaçqın və məcburi köçkün var. Bütün dünyanı ən çox narahat edən bu problemin həlli olmalıdır. Bütün dünyada olan qaçqın problemi Azərbaycandakı vəziyyətdən daha yüngüldür. Azərbaycanda bu problem daha acınacaqlıdır. Bu gün dünyada dövlətlər, siyasətçilər bu problemin həlli üçün səy göstərirlər. Ayrı-ayrı ölkələr bununla bağlı yardımlar ayırırlar. Ancaq görünür dünyada ədalət pozulub və qaçqın və məcburi köçkün problemi yaranıb. Əgər ədalət pozulmasaydı, bu problem bu qədər acınacaqlı olmazdı. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşəndən sonra başa düşmək lazım idi ki, bu, bir ölkə ilə yekunlaşmayacaq. Lazımi diqqətin olmaması səbəbindən vaxtilə Azərbaycanı çətin vəziyyətə salan bu problem indi bütün dünyanı silkələyir. Bu gün bu problemi yaradan səbəblər araşdırılmalı, məsələnin həlli istiqamətində birgə səylər göstərilməlidir. Azərbaycan dövlətinin böyük səyləri nəticəsində bu gün ölkəmizdə qaçqınların sosial vəziyyəti xeyli yaxşılaşıb. Lakin hələ də onlar öz yurd-yuvalarına qayıtmayıblar. Düşünürəm ki, Azərbaycanın haqq səsini vaxtilə eşitməyənlər bu gün bizim çağırışımızı dinləyəcəklər. Bizim hədəfimiz işğal olunmuş torpaqlarımızı azad etmək və qaçqın düşən vətəndaşlarımızı öz yurd-yuvalarına qaytarmaqdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib ki, bugünkü tədbirin keçirilməsində əsas məqsəd bu problemin nə qədər vacib olduğunu bir daha diqqətə çatdırmaqdır. Azərbaycanda qaçqın və məcburi köçkün problemi ilə bağlı əsaslı işlər görülür. Lakin bu problem bütün dünyada böyük narahatlıq yaradır. Aidiyyəti təşkilatlar qaçqın və məcburi köçkün probleminin həlli ilə bağlı birgə çalışmalıdırlar.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxışında bildirib ki, statistikaya baxdıqda görünür ki, bu məsələ həqiqətən də qlobal problemdir və ciddi yanaşma tələb edir. Biz bu problemin getdikcə dərinləşdiyini görürük. Buna görə yeni işlər görmək lazımdır. Böyük dövlətlər ikili standartları və məsələyə laqeydliyi aradan qaldırmalıdırlar. Azərbaycan dövləti bu məsələdə bir nümunədir. Lakin məsələ təkcə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin aradan qaldırılması ilə bitmir. Bu insanlar öz doğma torpaqlarına qayıtmalıdırlar.
Tədbir bədii hissə ilə davam edib.
Oxunub: 358
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:39 Yol polisindən "Son zəng"lə bağlı "Rent car"lara MÜRACİƏT
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
10:11 Xalq artisti Təranə Muradova: "Heydər Əliyevin təşəbbüsü ilə "Uzundərə" yeni nəfəs qazandı"
10:07 Manşet.az xəbər portalı beş yaşını qeyd edir
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
09:28 Yeni Zelandiyada güclü zəlzələ
09:17 Azərbaycan nefti ucuzlaşıb
09.06.2026
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
09:59 İnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim